Azərbaycan

Əhərdə milli-mədəni fəallar İsrafil Fətullahzadə ilə görüşüb

İyulun 6-da Əhər şəhərinin bir qrup milli-mədəni fəalı yenicə həbsdən çıxmış siyasi məhbus İsrafil Fətullahzadə ilə görüş keçirib.

İsrafil Fətullahzadə bir neçə gün öncə 7 aylıq həbs cəzasını Əhər şəhərinin həbsxanasında başa vurduqdan sonra azadlığa çıxıb.

Qeyd edək ki, o, iyunun 28-də həbs müddətinin bitməsinə 40 gün qalmış məzuniyyətə buraxılıb.

Milli fəal məzuniyyət müddətində həbs cəzasının müddəti bitdiyi üçün azadlığa çıxıb.

İ.Fətullahzadə aprelin 24-də həbsxanalara koronavirus pandemiyasına nəzarət etmək məqsədilə verilən təlimat əsasında 100 milyon tümənlik mülki zəmanət qarşığılında 20 günlük məzuniyyət götürmüşdü.
Bundan öncə isə o, martın 1-də isə 7 günlük və martın 18-də Novruz bayramı tətilləri ərəfəsində 2 həftəlik məzuniyyətə çıxmışdı.

2015-ci ilin noyabr ayının 6-də dövlət televiziyasının uşaq və yeniyetmələr üçün hazırlanmış türkləri təhqir edən “Fitilə” adlı verilişindən sonra Güney Azərbaycanının əksər şəhərlərində etirazlar baş qaldırmışdı.
Bu hadisədən sonra Şərqi Azərbaycan əyalətində yerləşən Əhər şəhərində çoxlu sayda vətəndaş və milli fəal nəzarət altına alınıb və həbs cəzasına məhkum edilmişdi.
İsrafil Fətullahzadə o zaman irqçilik əleyhinə keçirilən etirazlarla əlaqədar həbs olunmuşdu.

Milli fəal iki il sonra “İran İslam Respublikasına qarşı təbliğat aparmaq və ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək” ittihamı ilə mühakimə olaraq 7 ay həbs cəzasına məhkum edilmişdi.
Həmin hökm daha sonra Apellyasiya Məhkəməsi tərəfində qüvvədə saxlanılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button