İran

”İnsan azadlığa məhkumdur”: Təbrizdə azərbaycanlı siyasi məhbusa azadlıq tələbi ilə minlərlə trakt paylanıb.

Tir ayının 14-də təbrizin milli-mədəni fəalları Babək Xürrəminin doğum günü münasibəti və siyasi məhbuslara haqda ədalətsizliyə qarşı müxtəlif etiraz mitinqlərinə əl atıblar.

Bir qrup milli-mədəni fəal siyasi məhbus Əlirza Fərşiyə azadlıq tələbi ilə Təbriz küçələrində minlərlə trakt və yazı vərəqələri paylayıb, şəhərin divarlarına yapışdırıblar.

Onlar İran Məhkəmə Sistemi və əmniyət qurumlarının İranın müxtəlif zindanlarında saxlanılan siyasi məhbuslara, özəlliklə Güney azərbaycanlı dustaqlara, türk dili uğrunda fəaliyyətlərinə görə həbs edilən Əlirza Fərşiyə qarşı basqıları və qərəzli yanaşmalarını qınayıblar.

Fəallar üzərində “Əlirza Fərşi, İnsan azadlığa məhkumdur”, “Azərbaycan türk millətinin milli qəhrəmanı ata Babəkin doğum günü qutlu olsun” məzmunlu vərəqələri Təbrizin bütün məhəllələrində yapışdırıb, əhali arasında paylayıblar.

Bununla yanaşı, tir ayının 14-də Mərənd şəhərində də Əlirza Fərşiyə dəstək və ona qarşı haqsızlıqların əleyhinə mitinq keçirilib. Mərənd şəhərinin milli-mədəni fəalları “Əlirza Fərşinin həyatı təhlükədədir”, “azərbaycanlı siyasi dustaqlar bizim qırmızı xəttimizdir” məzmunlu elanlar yayıb, şəhərin körpüsü üzərində plakard asıblar.

Related Articles

Bir cavab yazın

Back to top button