Azərbaycan

Əhərdə su qıtlığı ilə bağlı xəbərdarlıq

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində cari ildə də su çatışmazlığının şiddətlənəcəyi və əkin sahələrinin 50%-ni suvarmaq üçün suyun çatışmayacağı bildirilir.

Əhərin fərmandarı Əbülfəz Qənizadə hazırda bölgədə quraqlığın hökm sürdüyünü, bölgənin ən böyük su bəndi olan Səttarxan su anbarından buraxılan suyun düzgün idarə edilmədiyini deyib.

O, sudan istifadənin Su Qaynaqlarının Mühafizəsi Şurasının icazəsi və nəzarəti ilə həyata keçirilməli olduğunu, əks təqdirdə böhranın daha da şiddətlənəcəyini deyib.

Əhərin Kənd Təsərrüfatı İdarəsinin başçısı Əli Nəcəfi isə cari ildə əkin sahələri və bağların suvarılmasında problemlər yaşanacağı barədə xəbərdarlıq edib.

Nəcəfi cari günəş ilinin başlanğıcında Əhər bölgəsinin bağlarına şaxta nəticəsində 375 milyard tümən xəsarət dəydiyini və qarşıda gözlənilən su çatışmazlığı nəticəsində bu ziyanın dahada çoxalacağını bildirib.

Qeyd edək ki, iki həftə bundan öncə Şərqi Azərbaycanın əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Məhəmməd Xani mediaya verdiyi açıqlamada əyalətin 700 kəndində su çatışmazlığının olduğunu deyib.

Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari Şərqi Azərbaycanın 360 kəndinin tamamilə boşaldığını və bununla yanaşı əyalətin onlarla şəhərində su qıtlığı böhranı yaşandığını bildirib.

“Bir sıra problemlərlə yanaşı susuzluq ucbatından kəndlər boşalır və şəhərlərdə marginallaşma genişlənir. Bu, belə davam edərsə yaxın vaxtlarda kənd təsərrüfatı məhsullarının qıtlığı və bahalaşmasına səbəb olacaq”-deyə, Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin başçısı qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button