İran

Əhmədinejad öz prezidentliyi dövründən bəzi detalları açıqlayıb

"Aznews tv" xəbərinə görə, Əhmədinejad son prezident seçkilərində ölkənindini rəhbəri Əli Xameneinin xalqa müracət edərək hamını səsvermədə iştirak etməyə çağırmasına baxmayaraq, səsvermədə iştirak etməyib.

İranın sabiq prezidenti Mahmud Əhmədinejad öz prezidentliyi dövründə baş verən bəzi proseslərə toxunub.

“Aznews tv”  xəbərinə görə, Əhmədinejad son prezident seçkilərində ölkənindini rəhbəri Əli Xameneinin xalqa müracət edərək hamını səsvermədə iştirak etməyə çağırmasına baxmayaraq, səsvermədə iştirak etməyib.

O, bununla bağlı aparıcının sualına cavabında deyib ki, mən ölkəmi, məmləkətimi, xalqımı sevirəm, lakin bu cür seçki üslubunu yanlış və saxtakarlıq olduğunu hesab edirəm.

Əhmədinejad habelə vurğulayıb ki, prezidentliyi dövründə bütün hakimiyyət Əli Xameneinin əlində olub. Hətta Xamenei ona birinci müavinini və aparat rəhbərini belə seçməyə icazə verməyib.

O, eyni zamanda qeyd edib: “Ali lider o qədər söz sahibi idi ki, hətta prezident olaraq bankların iş saatlarını belə təyin edə bilmirdim. Belə olan halda bəs necə böyük iqtisadi projələr icra edə bilərdim ki?”.

Related Articles

Bir cavab yazın

Back to top button