İran

ƏHVAZDA VİRUSA TUTULANLARIN SAYI ARTDI

Ələhvazın Condişapur tibb danişqahının muavini Məhəmməd Ələvi jurnalistlərə danışarkən bildirib ki, virus son bir həftədə daha çox artıb. Amma mərizliyin daha çox yayılcağı ehtimalı çoxdur. Millət bütün uyarılara baxmayaraq Fitir bayramında xiyavanlara çıxdı. Hamı virusun bitdiyini düşünüb, ictimai fasiləyə riayət etmədi-deyə o bildirb.
Ələvi eyni halda idarələrin tətil olması ilə bağlı muxalifətlik edərək deyir ki, virus uzun müddət davam edə bilər.
Hər 24 saatda virusa tutulanları sayını deməkdə çətinlik çəkən Ələvi vurğulayıb ki, mərasim və ya görüşlərdən 10 gün sonra mərizliyin əsərləri ortaya çıxır.
O eləcə də mərizxanalarda yerləşənlərin sayının artdığını deyib. Ələvinin sözlərinə görə Ələhvazın tibb danişqahının tutumu yetərli olduğundan başqa ustanlardan yardım almağa ehtiyac qalmamışdı. Ancaq gələcəkdə mərizlərin sayı artarsa tədbirlər gücləndiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button