İran

Ələhvaz vilayəti neft çirklənməsi ilə üz-üzə

Ekspertlərin fikrincə, neftlə çirklənmə Ələhvaz vilayətində ciddi ekoloji təhlükəyə çevrilib. Bildiyiniz kimi, bu gün, aprelin 22-si Ümumdünya Yer Günüdür.

Bununla bağlı “İRNA” xəbər ajansı Xuzestan vilayətində neftdən yaranmış ləkələrlə bağlı şəkillər paylaşıb. Bu görüntülərdə neft yataqlarının torpaqlarının və çaylarının neft boru kəmərlərindəki sızma və ya partlamalar nəticəsində çirkləndiyini və bunun illərdir bölgənin ətraf mühitinə ziyan vurduğunu göstərir.

Məlumata görə, təkcə Əhvaz neft yatağında 500 quyu qazılıb və bu ərazidə bir çox neft və neft-kimya şirkətləri fəaliyyət göstərir. Neft dağılmaları, neft quyularının qazılmasında neft məhsullarından istifadə, neftayırma zavodlarından zəhərli maddələrin çaylara və yeraltı sulara axıdılması Ələhvaz vilayətinin ətraf mühitinə ziyan vuran amillərə misal ola bilər.

Related Articles

Bir cavab yazın

Back to top button