İran

Ələhvaz vilayətinin şəhər başçılarından biri güllələndi

Ələhvaz vilayətinin Dehdez şəhərinin başçısı Fərşad Nəqdi silahla öldürülüb.

Ələhvaz  vilayətinin Dehdez şəhərinin başçısı Fərşad Nəqdi silahla öldürülüb.

“Aznews tv”ın xəbərinə görə, “İRNA” ajansı məsələ ilə bağlı yazıb: “Dehdez şəhərinin başçısı Fərşad Nəqdi İze bölgəsinin küçələrindən birində silahdan açılan güllə nəticəsində həyatını itirib”.

Məlumata əsasən, güllə onun bud nayihəsindən dəyib və kəskin qanaxma başlayıb. Nəticədə onun ürəyi bir dəfə dayanıb, lakin tibb işçilərinin səyləri nəticəsində bunun qarşısı alınıb. Ancaq Dehdez şəhər başçısı kəskin qanaxma səbəbindən həyatını itirib.

Hadisənin ayrıntıları  barədə rəsmi şəxslər heç bir dəqiq məlumat vermir.

Related Articles

Bir cavab yazın

Back to top button