İran

Ələhvazda etirazlar davam edir-Bir neçə şəhərdə yanğın baş verib

Ələhvazda bahalıq və inflyasiyaya qarşı mayın 6-dan başlanmış aksiyalar davam edir.

Etirazlar mayın 11-i gecə saatlarında davam edib.

Əhvaz, Dezful, Mahşəhr və başqa bir neçə şəhərdə etirazçılar Əli Xamneyi və İbrahim Rəisiyə qarşı şüarlar səsləndiriblər.

Sosial mediada yayılan görüntülərə və xarici medianın verdiyi məlumatalara görə, etirazçılar Dezful şəhərində  bir yanacaq doldurma məntəqəsini yandırıb, başqa şəhərlərdə isə xüsusi qüvvələrinin hərəkətinin qarşısını almaq üçün şəhərin mərkəzi küçələrində avtomobil təyərlərinə od vurublar.

Bundan öncə internet və telefon xidmətlərinin məhdudlaşdırılması ilə bağlı tədbirlərin daha da şiddətləndiyi və Ələhvazın bir çox bölgələrində yerli internet və telefon operatorlarının işləmədiyi bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button