İran

Əl-Qaidənin İranda yaşayan yeni lideri Seyf Əl-Ədl kimdir?

Amerikanın avqustun 1-də Əfqanıstanda dronla öldürdüyü Əl-Qaidə rəhbəri Əymən Əl-Zəvahirinin yerinə gələcək ən önəmli şəxs Misir ordusunun keçmiş polkovniki və Misir İslam Cihadının üzvlərindən olan Seyf Əl-Ədldir.

Seyf Əl-Ədl 1998-ci il avqustun 8-də Amerikanın Tanzaniya və Keniyadakı səfirliklərinə bomba qoyması ilə bağlı olaraq, Amerika Federal Polisi tərəfindən axtarışa verilib. Bu hücumlar nəticəsində 224 nəfər ölmüş, 5000 nəfər isə yaralanmışdı.

Sözügedən terrorçu haqqında veriləcək hər bir məlumata görə, Amerikanın Dövlət Departamenti “Ədalət üçün mükafat” proqramı çərçivəsində 10 milyon dollara qədər mükafat təyin edib.

Dövlət Departamentinin bildirdiyinə görə, yüksək vəzifəli komandan, Rəhbərlik Şurasının üzvü və Əl-Qaidənin Hərbi Komitəsinin komandiri olan Seyf Əl-Ədl İranda yaşayır.

Dövlət Departamenti onu da vurğulayıb ki, Əl-Ədl 1998-ci il terrorundan sonra İranın cənubuna gedib və SEPAH-ın qoruması altına alınıb.(https://t.me/AzadIranTelegram/8981)

Related Articles

Bir cavab yazın

Back to top button