İran

Əli Əzizinin həbs cəzası cərimə ilə əvəzlənib

Şərqi Azərbaycan ustanının 6-ci Təcdid-Nəzər Məhkəməsi azərbaycanlı fəal Əli Əziziyə verilən həbs cəzasını 4 milyon tümən cərimə ilə əvəzləyib. Bu barədə fəalın vəkili Əsğər Məhəmmədi açıqlama verib. Onun sözlərinə görə, məhkəmənin qərarına əsasən, Əli Əzizi “Gamac qrupuna üzv olmaq”, “İslam Cümhuriyyəti rejiminə qarşı təbliğat” və “vəzifəli şəxslər barədə yalan bilgilər dərc etmək” ittihamları ilə təqsirləndirilib. Məhkəmənin son qərarında isə onun həbs cəzasının cərimə ilə əvəzləndiyi vurğulanıb.
Qeyd edək ki, Əli Əzizi 1398-ci il isfəndin 4-də Urmuda tutuqlanıb. Fərvərdinin 6-da isə məhkəmənin keçiriləcəyi tarixədək şərti azadlığa buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button