İran

Əli Xameneinin ofisinin katibi Putinin Ukraynaya hərbi təcavüz əmrini təqdir edib

O, da İranın digər rəsmilərinin ötən günlərdə etdiyi kimi, Ukraynada müharibənin baş verməsində Qərbi günahlandırıb.

İranın ali lideri Əli Xameneinin ofisinin rəhbəri Məhəmməd Məhəmmədi Qulpayiqani Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı hücum əmrini təqdir etdiyini dilə gətirib.

O, da İranın digər rəsmilərinin ötən günlərdə etdiyi kimi, Ukraynada müharibənin baş verməsində Qərbi günahlandırıb.

Rusiya prezidenti Vladimir Putinin “bacarıqlı” siyasətçi olduğunu deyən Qulpayiqani, Amerika başda olmaqla digər Qərb ölkələrini “modern cahilliyin” nümunəsi adlandırıb.

“Putin təcili qərar verərək, Qərb ölkələrinin Rusiya və Ukraynaya qarşı planlarını alt-üst edib, onların pis niyyətlərinin reallaşmasına imkan vermədi”, – deyə Məhəmməd Qolpayeqani qeyd edib.

Sonda o, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü 12-ci imamın zühuruna şərait yaratmaq üçün atılan addımlar olduğunu iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button