İran

Əli Xameneyi: Amerika sanksiyalarla ölkə iqtisadiyyatını parçalamaq istəyir”

Əli Xameneyi, ölkənin Mərkəzi Bankının ərz məsələsi üzərində işlədiyini deyib. Bildirib ki, ona verilən bilgiyə görə, bu məsələnin siyasi-əmniyəti səbəbləri mövcuddur. Habelə bunda əli olanlar var. “Amerikalıların təhrimlərdən hədəfi dövləti və ölkəni vərşikəst etmək, yəni ölkə iqtisadını parçalamaqdır. Təhrimlərin başqa bir hədəfi isə İranın müqavimət qüvvələri ilə irtibatını kəsməkdir” deyə o, əlavə edib.
Xameneyinin sözlərinə görə, bütün problemlər təhrimlərlə bağlı deyil. Bəziləri zəif mudiriyət, bəziləri isə koronavirusla ilgilidir. O, ölkəsinin bölgədə bəzi qrupları dəstəkləməsinə də işarə edib. “ İran bölgədə “stratejik bir dərinliyə” sahibdir. Bir sıra dövlətlər və millətlər bu ölkənin hədəflərini gerçəkləşdirmək üçün səylər göstərməyə hazırdır. Ancaq Amerika bu məsələnin kənara qoyulmalı olduğunu deyir” deyə o, vurğulayıb. Xameneyi, avropalıların Bərcamı qorumaq söz vermələrinə işarə edərək onları sözlərinə əməl etməməkdə günahlandırıb. Habelə İran iqtisadının bu vədlərə söykənməsinin çox “zərərli” olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button