İran

“Əlinin ədaləti” haker qrupu Tehranın Evin zindanının gizli yazışmalarını ifşa etdi  

"Radio Frada" xəbər verir ki, əldə olunan sənədlərə görə, məhbusların istənilən etirazı, aclıq etisabı və ya məktublarının dərc olunması “cinayət” addımı kimi qiymətləndirilib.

“Əlinin ədaləti” haker qrupu Evin zindanının gizli sənədlərini ifşa edib. Belə ki, bu sənədlər zindandakı bəzi siyasi və ideoloji məhbusların durumu ilə bağlı zindan nəzarətçilərinin yazışmaları ilə bağlıdır.

“Radio Frada” xəbər verir ki, əldə olunan sənədlərə görə, məhbusların istənilən etirazı, aclıq etisabı və ya məktublarının dərc olunması “cinayət” addımı kimi qiymətləndirilib.

Sənədlərdə Evin zindanında baş verən bir sıra hadisələr haqqında məlumat yer alır. Bu yazışmalardan birində “insan haqlarının pozulması və SEPAH-ın təxribatı”na etiraz edən, insan haqları fəalı Arəş Sadeqinin sağlıq mərkəzinə aparılmasına icazə verilmədiyi üçün aclığa başladığı qeyd olunur.

Xatırladaq ki, avqustun 22-də adıçəkilən haker qrupu Evin zindanından bəzi videogörüntülər yayıb. Bu görüntülərdə zindan nəzarətçilərinin məhbuslarla necə qəddar və amansızcasına davrandığı, ədalətsizlik etdiyi və onları döyməsi yer alıb.

Related Articles

Bir cavab yazın

Back to top button