Azərbaycanİran

Əlirza Fərşi və Tohid Əmirəmini səbəst buraxıldılar

Tehranın Evin zindanında məhkumluq dövrlərini yaşayan ana dili hərəkatı fəalları Tohid Əmir Əmini və Əlirza Fərşi fevralın 8-i günortadan sonra azad ediliblər.

Tohid Əmir Əmini 4 il, Əlirza Fərşi isə 3 il 3 ay həbs cəzası çəkdikdən sonra azadlığa çıxıblar.

Tohid Əmir Əmini 21 fevral 2019-cu ildə Tehranın “İnqilab” meydanında “Beynəlxalq Ana Dili Günü” münasibətilə afişalar yaydığı üçün həbs olunub.

Əmir Əmini İnqilab Məhkəməsinin 26 saylı şöbəsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq”, “rejimə qarşı təbliğat aparmaq” ittihamları ilə mühakimə olunub.

Əlirza Fərşi də, Tehran şəhərində Beynəlxalq Ana dili günü mərasimində iştirak etdiyi və ana dili ilə bağlı fəaliyyətlərinə görətəhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınararaq həbs cəzasına məhkum edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button