Azərbaycanİran

Əmir Yusifian Əhəri Qarabağ-Təbriz əlaqələrindən söz açıb

“Hazırki durum Qaradağ yolu vasitəsilə Qarabağ-Təbriz ilgilərinin gəlişməsi üçün önəmli mərhələ sayılır. Bu yöndə münasibətlərin normallaşdırılması və iqtisadi-fərhəngi ilgilərin gəlişdirilməsi üçün yeni imkanlar yaranıb”. Bu fikirləri çevrə və turizm sənayesi fəalı Əmir Yusifian Əhəri bildirib. Onun sözlərinə görə, Şərqi Azərbaycan ustanının və ölkə məqamlarının yaranan imkanlardan faydalanması ustanın tərəqqisi üçün olduqca vacibdir. Fəal bildirib ki, Azərbaycanla Ermənistan arasında nizami qarşıdurmalar başladıqdan sonra ticarət mərkəzi sayılan Təbriz ilə ilgilər zəifləyib. Buna rəğmən, Quzey Azərbaycanın turizm sənayesində əldə etdiyi uğurlu təcrübə Dağlıq Qarabağın turizm bölgəsi ilə ilgilərinin yaranmasına təsir göstərə bilər. Əmir Yusifian Əhəri deyib ki, beləliklə Kəleybərdə turizm sənayesinin rifahı üçün geniş imkanlar yaranacaq.
Bundan başqa, irtibat yollarının kəsilməsi və lazımi şəraitin olmaması ilə Qaradağ sakinlərinin böyük şəhərlərə üz tutduğu vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button