İran

ƏNƏNƏVİ OLMAYAN TİBB MƏRCƏYİ

Təbrizin Sünnəti Tibb Danişkədəsi İranın ənənəvi olmayan tibb mərcəyinə çevriləcək.
Behdaşt, Müalicə və Tibbi Təhsil Vizarətinin İran Tibbi Dəftərinin baş müdiri Məhəmmədrza Şəms Ərdəkani, “önəmli, öhdəlikli və bilikli şəxslərin olması ilə bu danişkədə sünnəti tibb hövzəsində elmin, biliyin tolid olunması mərkəzlərindən birinə çevrilib və Təbrizə yaraşan tərzdə öz nəqşini ifa edir. 86-cı ildə İranda sünnəti tibb üzrə ilk danişkədələr təsis olundu, onlardan Tehranın Sünnəti Tibb Danişkədəsi, İran Danişkədəsi, Behişti və Şahid Danişkədələri İranda ilk sünnəti tibb danişkədələridir. Təbriz İranın tarixi boyunca elmi qütbü olub və İranda ikinci klasik danışqah bu şəhərdə təsis olunub”, – deyə məlumat verib.
İranın Tibb Elmləri Danişqahının İran Tibbi Danişkədəsinin rəyisi Əmir Hüseyn Cəmşidi isə, “İslami tibb adında bir söz, bəzi hallarda fərdlərdə boş ümid yaradır və elə buna görə də münasib müalicə imkanını olardan alır. Bizim bütün işlərimiz islamidir, amma islami tibb adında bir sözə inanmırıq, islami tibb adında bir şey yoxdur. Sünnəti tibb müasir tibbin bütövləşdiricisidir. Biz, müasir tibbdən istifadə etməyin və sünnəti tibbə sarı gedin sözünü heç vaxt deməmişik”, – deyib.
Cəmşidi əttarilərdə icazə verilməmiş davaların satışı barədə deyib ki, “sünnəti tibb üzrə xidmətlərdən yararlanmaq üçün əttarilərə yox sağlamlıq mərkəzlərinə, kliniklərə və Behdaşt Vizarətinin İran Tibbi Dəftərinin təyid etdiyi yelərə gedilməlidir. Əttarilər, hələ də Əttarçılar Birliyinin nəzarətindədirlər”.

Related Articles

Bir cavab yazın

Back to top button