İran

Ənbəran və Aslandüz sənətkarlıq şəhərləri elan olunub

Ənbəran və Aslandüz Ərdəbilin milli sənətkarlıq şəhərləri olaraq səbt edilib. Məsələ ilə bağlı Ərdəbil ustandarı Əkbər Behnamcu məlumat verib. Onun sözlərinə görə, Ənbəran “Milli Kilim Şəhəri”, Aslandüz isə ölkənin “Milli Verni Şəhəri” elan olunub. Belə ki, layihənin ustan üzrə turizmin gəlişməsinə də böyük təkan verəcəyi gözlənilir.
Əkbər Behnamcu bildirib ki, ustan əhalisinin sənətinin hünəri həmişə bu diyarın tarixinin, fərhənginin, təməddününün və təbiətinin bənzərsiz yadigarı sayılıb. Əl işləri və sənətkarlıq şəhərlərinin seçilməsi, İran fərhənginin, eləcə də hünərinin milli simgəsi hesab edilir. Ərdəbil ustandarı bu qərarı yüksək qiymətləndirərək, tarixi mədəniyyət nümunələrinin təbliğində əsas vasitə kimi dəyərləndirib.

Related Articles

Bir cavab yazın

Back to top button