İran

Ənzəli gölməçəsi quruma təhlükəsi ilə üzləşib

Ənzəli gölməçəsinin suyu azalıb və quruma təhlükəsi ilə üzləşib. Bu barədə Ənzəli Dəniz Limanı Yaşam Çevrəsini Qoruma İdarəsinin başçısı bilgi verib. Fərşid Fəllah bu durumun qarşısını almaq məqsədilə elmi bərnamələrin hazırlanmasının vacibliyini bildirib. Onun sözlərinə görə, tullantı və axar sularla bağlı düzgün idarərtmənin olmaması gölməçənin çirklənməsinə səbəb olub. Nəticədə gölməçənin dərinliyi azalıb. Bildirək ki, Ənzəli gölməçəsi müxtəlif heyvan, balıq və bitki növlərinin təbii yaşam yeridir. 1354-cü ildə Ramsər Konvansionu Beynəlmiləl Gölməçələr Listəsinə salınıb.

Related Articles

Bir cavab yazın

Back to top button