İran

Ərəblər Tehran zülmünə qarşı baş qaldırdı

“İran bir nəft və qaz zəngini ölkədir” diyildiyi zaman əslində İran-ın Ələhvaz bölgəsinin belə bir durumu var. Hardasa İran-da bütün nəft sərvətinə sahib Ələhvaz ya Tehran-ın verdiyi adla Xuzistan Ustanı eyni halda son dərəcə zəngin su və topraq qaynaqları da var. Habelə Xəlic-də olduğu üçün dəniz yollarıyla dünyaya açılan yerlərdən biridir və heç şübhəsiz bir ticarət mərkəzi olabilərdi. Ancaq Əl\hvaz nə Şah zamanı nə də İslam Cumhuriyyətindən sonra bir xoş gün görmədi. Pəhləvi zamanında Türklərlə birlikdə ən çox zərəri Fars Faşizmindən görən Ərəblər varlıq içində yoxluq çəkdilər. Bölgədə neçə ölkəyə yetəcək qədər sərvət olsa da milləti səfalət içində yaşadı. İran-ın çıxardığı nəfti və qazı dünyaya sattığı Ələhvazın özündə hələ də ki var qazı olmayan evlər var. Habelə yaranan fabrikalarda yerli Ərəb əhali yerinə hər zaman mərkəzdən gətirilən muhacirlər tərcih edildi. Bu durum işsiz qalan Ərəblərin ata babadan qalma əkinçilik və heyvançılığa üz gətirməyə məcbur etdi. Ancaq indi illərdir hakimiyyət su qaynaqlarını da onlara çox görür. Karun və bir çox çay tam qurumaq halındadır. Qurumayan çayların da suyu ətrafdakı fabrikalar üzündən zəhərlənib və qullanılmaz halə gəlibdir. Bu durum özəlliklə əkinçiləri və heyvancıları çətin duruma soxubdur. Geçdiyimiz günlərdə Ələhvaz bölgəsində onlarca heyvan ki kəndlilərin tək varlığı sayılır susuzluqdan ölüb. Yerli əhali hakimiyyətin su siyasətinin tadəcə tədbirsizlikdən qaynaqlı olduğunu düşünmürlər. Belə ki Ərəb milləti Tehran hakimiyyətinin bu işlərlə Ələhvaz bölgəsini yerli Ərəb əhalidən boşaltmaya çalışdığını diyirlər. Geçdiyimiz günlərdə Əhvaz-ın önəmli əşirət başqanları Əhvaz Fərmandarığına(valilik) gedərək siyasi məqamlara bu məsələylə bağlı etirazlarını bildirmişdilər. Ərəb əşirətlərin böyükləri hakimiyyətin bu işlərlə onları ata baba yurdlarından çıxarmaya çalışdığını bildirmişdilər. Habelə Ərəb fəalları hər nə olursa olsun topraqlarını tərk etməyəcəklərini bildiriblər. Dünən gecə Ələhvaz və ya Tehran-ın deyişiylə Xuzistan ustanında bir çox şəhərdə etirazlar oldu. Əhvaz, Xuxəngerd, Xurrəmşəhr və Bostan kimi şəhərlərdə başlayan etirazlar gecənin son saatlarına qədər sürdü. Ssyal medyada yayılan görüntülər yüzlərcə insanın küçələrə tökülüb hakimiyyətin siyasətlərinə etiraz etdiyini görsədir. Habelə daha da önəmlisi bu ki atılan şüarlar hakimiyyətin Ərəbləri bölgədən köçdürməsinə etiraz edirdi. Ərəbcə atılan şuarlarda millət Tehran hakimiyyətinin basqıları qarşısında səssiz qalmayacaqlarını da görsətdi.

Yayılan görüntülərə görə İran-ın güvənlik gücləri dinc etirazçılara qarşı silah qullandığını görsədirdi. Bir çox yerdə otomatik silahlar səsi gəlirdi. Ancaq bu etirazlarda neçə nəfərin yaralanıb və ya öldüyünə dayir hələlik dəqiq bilgi yoxdur.

İran-ın mərkəzçi fəalları və Fars dilli medyanın da məsələyə yanaşması marağlıdır. Hər zamankının tərsinə bu səfər Fars medya məsələylə bağlı az da olsa xəbərlər yayınladı. Ancaq hardasa bütün Fars dilli medyalar və mərkəzçi fəallar məsələnin əsil etiraz nədənini baykot edib gizlətdilər. Yəni Ərəb millətinin Fars Faşizminə qarşı və Ələhvaz bölgəsinin demoqrafisini dəyişməyə etirazla bağlı heç nə demədilər. Fars medya millətin etirazını ancaq susuzluğa olduğunu görsətməyə çalışdılar.

Hətta sosyal medyada millətin atdığı şuarları belə sansur edib millətin ancaq susuzluqla bağlı şür verdiyini iddia etdilər.

Bu durum daha öncə olduğu kimi yenə təkrarlandı. Vəziyyət belə olduğu zaman yəni Fars Milliyətçiləri və Mərkəzçi cəryanların İslam Cumhuriyyətiylə sözbirlik etdiyi zaman hakimiyyət daha rahat və daha ağır bir şəkildə milləti qanla bastırabilər. Geçdiyimiz illərdə Fars olmayan millətlərin etirazlarında da bənzər olaylar olmuşdu. Yəni nə zaman Azərbaycan, Ələhvaz və ya Bəluçlar Fars Faşizminə etiraz eləsələr Fars Milliyətçiləri Tehran ilə birlikdə millətin bastırılmasını istəyirlər. Elə bu səfər də Ələhvaz etirazlarının əsas səbəbi bu medyalar və fəallar tərəfindən sansur edildi. Bu vəziyyət şübhəsiz millətin zərərinə olub hakimiyyətin bastırmaqda əlini daha da açıq edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button