İran

Ərakda narazı işçilər həbs və şallaq cəzasına məhkum edilib

Ərak şəhərinin "Azərab" şirkətinin işçiləri hüquqlarının pozulduğuna etiraz etdikləri üçün cəzalandırılıb, şallaq zərbəsi və həbs cəzasına məhkum ediliblər.

Bundan öncə onlar hüquqlarının tapdalandığını, əmək haqlarının vaxtında ödənilmədiyini bildirib və buna etiraz etmişdilər.

Etiraz aksiyasında iş təhlükəsizliyinin təmin edilməməsinə də etiraz olunmuşdu.

Etiraz olaraq tətil aksiyası keçirən 21 işçiyə qarşı cinayət işi qaldırılmışdı.

Məhkəmə işə baxdıqdan sonra işçilərin dördünün günahsız olduğuna qərar verib, qalan 17 işçinin hər birini isə 3 ay şərti həbs və 30 şallaq zərbəsinə məhkum edib.

İşçilərin nümayəndələri dolanışıq problemləri və yoxsulluq ücbatından etiraz etdikləri halda məhkəmənin şərti həbs cəzasının pul cəriməsi ilə əvəzlənə biləcəyi barədə qərarınıdan təəccübləndiklərini bildiriblər

Related Articles

Bir cavab yazın

Back to top button