İran

Ərbil neft emalı zavoduna raket hücumu: Hücumda İranın dəstəklədiyi yaraqlılar günahlandırılır

İraqın Neynəva əyalətindən Ərbilin şimalındakı neft emalı zavodu və ətrafına atılan 6 raketin ardınca İraqın Kürdüstan bölgəsinin Əmniyət Şurası görünməmiş add ataraq İranın dəstəklədiyi Əsaib Əhli-Həqq və Həşd əş-Şəəbi qruplaşmasının 30-cu briqadasını terrorçu adlandıraraq, onları bu hücumun icra edilməsində günlahlandırıb.

Bu barədə İraqın Kürdüstan bölgəsinin Terrorla Mübarizə Təşkilatı məlumat yayıb. Məlumata görə, hadisə dünən gecə meydana gəlib. İraqın keçmiş xarici işlər naziri Huşyar Zibari silahlı qruplaşmaları gecə basqınları ilə qanunu pozmaqda günahlandıraraq, hədəfin Ərbilin Xəbat bölgəsindəki neft emalı zavodu olduğunu və buraya ziyanın da dəydiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button