Azərbaycan

Ərdəbil Azərbaycan Respublikası ilə əlaqələrdə cavabdeh bölgə təyin edilib

Azərbaycan Cümhuriyyəti ilə ən uzun ümumi mərzi olan ustan Ərdəbildir. Buna görə də Ərdəbil Azərbaycanla münasibətlərdən sorumlu ustan seçilib. Məsələ ilə bağlı Ərdəbil ustandarının İqtisadi Məsələlərinin Həmahəng Edilməsi üzrə müavini Ərjənq Əzizi bilgi verib. O, Ərdəbil Ticarət Otağının rəisinin İran-Azərbaycan Birgə Otağına rəis təyin edildiyini bildirib. Əzizi Qarabağın yenidən qurulmasında Ərdəbilin rolunun çox önəmli olacağını vurğulayıb. Azərbaycan dövləti Dağlıq Qarabağın yenidən qurulmasında qətiyyətli və ciddidir deyən Əzizi bildirib: “Ərdəbil İranın Bakıdakı səfiri ilə videokonfrans formatında toplantı keçirən ilk mərz ustanlarından biridir. Ərdəbil ustandarı və Ticarət Otağının rəisi Azərbaycanın Tehrandakı səfiri ilə görüşərək azad olunmuş bölgələrin yenidən qurulmasında iştirak etməyə hazır olduqlarını bildiriblər”.
Əzizinin sözlərinə görə, koronavirusla bağlı məhdudiyyətlərin götürülməsindən sonra Ərdəbil şirkətlərinin nümayəndələri Azərbaycana göndəriləcək. Bakıda İranın tikinti məhsullarının sərgisi keçiriləcək.
Sərgidə Ərdəbil malları üstünlük təşkil edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button