İran

Ərdəbil Ustanında yolların vəziyyəti yaxşı deyil

Ərdəbil Ustanında yolların son durumu ilə bağlı Yol və Şəhərsalma Baş İdarəsinin Mühəndislik və Tikinti İşləri üzrə müavini Əli Yusifzadə məlumat verib. O, bildirib ki, ustanda yolların vəziyyəti heç yaxşı deyil. Ə.Yusifzadə bölgənin tosiəsi üçün yollar şəbəkəsinin yaxşılaşdırmasının önəmini vurğulayıb.
O, yolların gəlişdirilməsinə təsir edən amillərə toxunaraq deyib: “yolların gəlişdirilmə və artırılması gediş-gəliş amarlarına əsaslanır. Bundan savayı, yollarda otomobil hadisələrinin və mövcud trafikin amarı bu yöndə başlıca rola sahibdir.”Ə.Yusifzadə Kəlur-Dəram yolu projəsinin yavaşlaması ilə bağlı da bilgi verib. Onun sözlərinə görə, “Kəlur-Dəram yolunun topoqrafisi çətin və dağlıqdır. Həmçinin, yolun 37 kilometri Ərdəbil ustanının, qalanı isə Zəngan ustanının payına düşür. Zəngan payından 4 kilometri də bizim öhdəliyimizdədir. Buna da ağır ümran fəaliyyətləri lazımdır”. O, deyib ki, ustanda 96-cı ilin sonuna kimi yol hadisələri və tələfatı ölkə üzrə ortalama miqdardan az olub. Ancaq 97-ci ildə bu amar daha da artıb. Qeyd edək ki, Ərdəbil yolları ölkə yollarının yüzdə 1.8 –ni təşkil edir.

Related Articles

Bir cavab yazın

Back to top button