İran

Ərdəbil və mazandaranda koronavirusla bağlı böhran şəraiti yaranıb

Ərdəbil Tibb Elmləri Danişqahının rəis muavini, şəhərin İmam Xomeyni mərizxanasında bir gecədə 330 mərizin qəbul edildiyini bildirib. “Vəziyyətimiz “görünməmiş dərəcədə böhranlıdır” deyə o, vurğulayıb. Məhəmmədrza Rzayi Bənna bu mərizxananın tutumunun dolduğunu diqqətə çatdırıb. Belə ki, koronavirus mərizlərini qəbul etmək üçün daha iki mərizxana artırılıb. O, Koronavirus mərizlərinin bəzilərinin urjans bəxşinə gətirilərkən vəfat etdiklərini də qeyd edib. Ölənlərin çoxunun 60-70-ci illərdə doğulanlar olduğu bəlli olub. Məlumata görə, Mazandaran ustanında da koronavirusla bağlı vəziyyət böhran səviyyəsindədir . Ustanın Tibb Elmləri Danişqahının rəisi Abbas Musəvinin sözlərinə görə, son 24 saatda 339 məriz ustandakı mərizxanalara qəbul edilib. Qeyd edək ki, son günlərdə Sağlamlıq Vəzirliyinin məqamları maskı icbari edib. Habelə insanlara dini, fərhəngi, ailəvi mərasimlər keçirməmələri tövsiyə olunub.

Related Articles

Bir cavab yazın

Back to top button