İran

Ərdəbildə əhalinin tərkibinin müəyyən edilməsi ilə bağlı işlər görülür

“Ərdəbil əyalətinin cəmiyyəti ortayaşlı və yaşlıdır. Bu məsələnin həlli üçün Cəmiyyət Şurası vasitəsilə müxtəlif komitələr fəaliyyət göstərəcək”. Bu fikirləri Ərdəbil Əyalətinin Səbt-Əhval İdarəsinin baş müdiri deyib. Şəhram Rəsuli Ərdəbil ustandarı ilə görüşündə bildirib: “Ərdəbil əyalətinin Baş Səbt-Əhval İdarəsi ən qısa zamanda həyat amarlarını qeydiyyata alıb. Səbt-əhval xidməti göstərən dəftərlərin sayı 50-dir. Xidmətlərindən 18-i elektron formada fəaliyyət göstərir. Hazırda xidmətləri sürətləndirmək üçün bütün idarə və nümayənəliklərdə nuri fibr internetindən istifadə olunur. Kənd yerlərində xidmət göstərmək üçün 360 tur təşkil edilib. Doğum və ölümləri qeydiyyata almaq məqsədilə iki mərizxanada, habelə Behişt Zəhra qəbiristanlığında məmurlarımız yerləşdirilib. Vilayətlərdə də səbt-əhvalın nümayəndəlikləri fəaldır və xidmət göstərirlər. Bütün idarələrdə istelam sistemi də istifadəyə verilib. İdarələr kimlik sənədinin nüsxəsini istəmədən xidmət göstərə bilirlər”.
Ərdəbilin ustandarı Əkbər Behnamcu da məsələyə münasibət bildirib. “Səbt-əhval idarələrinin fəaliyyəti, amar və təhlilləri müxtəlif bənamələrin cızılması üçün çox önəmlidir. Bu amar toplumun ictimai vəziyyətinin bəlli edilməsində önəmli rol oynayır”,-deyə o, qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button