İran

Ərdəbildə divarlara milli şüarlar yazıldı: “Tehranda seçkilər, Azərbaycanda aclıq etirazı”

Juənin 11-də Ərdəbil şəhərinin milli-mədəni fəalları İran həbsxanalarında saxlanılan güney azərbaycanlı məhbuslara, o cümlədən Abbas Lisaniyə qarşı həbsxana məsulları və əmniyyət qurumlarının tətbiq etdikləri məhdudiyyətlər, onlara qarşı göstərdikləri basqılara etiraz olaraq şəhər divarlarına müxtəlif şüarlar yazıblar.
Fəallar və bu duruma etirazçılar divarlara “Abbas Lisani bir millət üçün fədakarlıq edir, millət onun üçün fədakarlıq edəcək”, “Tehranda seçkilər, Azərbaycanda aclıq etirazı”, “Hazır və fədakar olacağıq”, #Abbas_Lisani kimi şüarlar yazıblar.
Abbas Lisani juənin 10-da ailəsi ilə telefon danışığı zamanı həbsxana məsullarının ona qarşı müxtəlif vasitələrlə basqı göstərdiyini bildirib. Onun sözlərinə görə, başqa ağır cinayətə görə məhkum olunan müttəhimi onun saxlanıldığı sellula salıblar.
Bununla həbsxana məsulları mənəvi və rəvani basqı göstərməyə çalışırlar.
Siyasi məhbus bildirib ki, selluluna salınan şəxs başqa yerə köçürülməsə, həbsxana həkimlərinin rəyi əsasən müalicə olunmaq üçün şəhər mərizxanalarından birinə göndərilməsə, juənin 12-si, şənbə günü səhər saatlarından aclıq aksiyasına, 13 juən bazar günündən etibarən isə quru aclıq aksiyasına başlayacaq.
Qeyd edək ki, həkimlərin rəyinə əsasən milli fəalın bel fəqərələri və ürək MRT müayinəsinə ehtiyacı var. ancaq həbsxana məsulları həkimlərin rəyini qulaqardına vururlar.
Mayın 21-də “Ərk”-Azərbaycan İnsan Haqları Cəmiyyəti azərbaycanlı məhbuslarının hüquqlarının pozulması və Abbas Lisaninin sağlıq durumunun kəskin pisləşməsi ilə bağlı BMT-yə müraciət edib.
“Azərbaycanlı mədəni fəal Abbas Lisaninin sağlıq durumu narahatlıq doğurur. Koronavirusun həbsxanalarda yayılmasına baxmayaraq bu tanınmış mədəni fəal məzuniyyətə buraxılmayıb”- BMT-nin İranda İnsan Haqları üzrə özəl nümayəndəsi Cavid Rəhmana ünvanlanan məktubda deyilir.
Abbas Lisani 2019-cu ilin janviyə ayının 15-də Təbrizdə saxlanılaraq Ərdəbil həbsxanasına köçürülüb. Sifarişli və ədalətsiz məhkəmədə qondarma ittihamlarla 15 il azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button