İran

Ərdəbildə gündəlik tələbat məhsullarında qıtlıq yaşanır

Ərdəbildə camid yağ çatışmazlığı problemi tezliklə həll olunacaq. Bu barədə Ərdəbil Ustanı Sənət, Mədən və Ticarət Sazimanın rəisi Ramin Sadiqi məlumat verib. Onun sözlərinə görə, bərk bitki yağının azlığı əhali arasında narazılığa səbəb olub. Belə ki, əhalinin bu ehtiyacının aradan qaldırılması üçün camid bitki yağının stratejik zəxirələrindən 50 min ton Ərdəbil Ustanına gətirilməsi qərara alınıb. Qarşıdakı həftədə mübaşir seçilib tanıtdırılmaqla əhali arasında camid yağların satın paylanılmasına başlanılacaq. Ramin Sadiqi eyni zamanda un çatışmazlığı barədə yaranmış müşkülün, unun satışı və ərzə olunması üzrə bir sıra problemlərlə bağlı olduğunu vurğulayıb. Məlumata görə, bu əməlləri törədən şəxslərə qarşı ciddi tədbirlər görülüb və onların səhmiyyələri lazımi qədər endirilib

Related Articles

Bir cavab yazın

Back to top button