Azərbaycanİran

Ərdəbildə hicaba görə 5 nəfər həbs edildi

Mayın 19-da Ərdəbil əyalətinin Fındıqlı meşə parkında hökumət məmuru ilə vətəndaşlar arasında baş verən qarşıdurma nəticəsində 5 ərdəbilli həbs edilib.

Bu barədə Ərdəbil əyalətinin polis rəisi Cavad Təqəvi məlumat verib.

Şahirdlərin bildirdiyinə görə, hökumət məmurları meşə parkında dincələn gənc qadınların geyim tərzlərinə irad bildirib, onları təhqir edib.

Bu, qadınların ailə üzvlərinin etirazlarına səbəb olub və məmurlarla onlar arasında qarşıdurma baş verdikdən sonra bölgəyə çağrılan əlavə polis qüvvələri ailələrin 5 kişi üzvünü həbs ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button