İran

Ərdəbildə icra orqanları ətraf mühitin qorunmasına biganə yanaşır

“Təbii sərvətlərin, bitki örtüyünün və yaşam çevrəsinin qorunması çox vacibdir. Ərdəbilin icra orqanlarının bu məsələyə biganəliyi qəbuledilməzdir”. Bu fikirləri Ərdəbil Əyaləti Dadqüstərisinin baş rəisi isfəndin 24-də yaşam çevrəsi fəalları və qorunması məsulları ilə keçirdiyi toplantıda səsləndirib. Seyid Nasir Ətibbatinin sözlərinə görə, qurum və idarələr projələrin icrası zamanı yaşam çevrəsini qorumağa çalışmalı və məsələyə etinasız yanaşmamalıdır. Əhali də öz növbəsində yaşam çevrəsinin qorunmasına laqeyd davranmamalıdır. Müxtəlif icra qurmlarının imkan və potensiallarından bu zəminədə istifadə edilməli, yaşam çevrəsi qaydalarına ciddi əməl olunmalıdır. Qurum rəsmisi bildirib ki, məhmkəmə orqanları tərəfindən yaşam çevrəsi ilə bağlı qanun pozuntusuna yol verən şəxs və qurumlara qarşı gərəkən hökmlər çıxarılır.

Related Articles

Bir cavab yazın

Back to top button