Dünya

İranın müttəfiqləri Suriyadakı neft və qaz yataqlarından uzaqlaşdırılıb

İranın müttəfiqləri Suriyadakı nəft və qaz yatağından uzaqlaşdırılıb. Məlumat Suriyadakı iki nəft və qaz yatağındakı mülkiyyət, eləcə də idarəetmə alanındakı dəyişikliklərdən sonra yayılıb. Bildirilib ki, İranla müttəfiq qüvvələr Rusiya tərəfindən Suriyadakı nəft və qaz yataqlarından çıxarılıblar. Məsələ ilə bağlı “Əş-Şərq əl-Əvsət” və “Əl-Ərəbiyyə” ajansları xəbər veriblər. Məlumata görə, Rusiya marsın 13-ü Suriyanın quzey-doğusundakı Rakka bölgəsinin yaxınlığında yerləşən iki nəft-qaz meydanından “Sepah”a bağlı “Fatimiyyun” yaraqlılarını çıxarıb. Rusiyanın “beşinci ordu”sunun qüvvələri öncə “Tvinan” qaz meydanını, bir neçə saatdan sonra isə “Əs-Sure” nəft meydanını kontrola alıblar.
Qeyd edilib ki, Suriya hökuməti ölkədəki daxili savaşdan 3 il öncə Homs və Rəqqa vilayətləri ilə mərzdə yerləşən Tvinan qaz yatağından istifadəyə başlayıb. Bu qaz yatağı gündəlik 3 milyon metr-mükəəb qaz çıxarmaq potensialına sahibdir. Sözügedən meydan Suriyada daxili savaşın getdiyi son 10 ildə bölgəyə nəzarət edən qüvvələr tərəfindən dəfələrlə ələ keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button