İran

Ərdəbildə ictimai nəqliyyatdan istifadə edənlərin sayı azalıb

Ərdəbil ustanının Yol Nəqliyyatı Ümumi Müdirliyi koronavirusun yayıldığı müddətdən etibarən müsafirdaşımanın yüzdə 40 azaldığını açıqlayıb.
Qurum rəsmisi Riza Şirinzadənin sözlərinə görə, bu ilin ötən 8 ayında 839 000 nəfər, ötən ilin eyni dövründə isə 1 388 000 nəfər müsafirinin nəqliyyatdan istifadə etdiyi qeydə alınıb.
Riza Şirinzadə bildirib ki, hər bir şəxs milli kodu alındıqdan və sağlıq yoxlanışından keçdikdən sonra müsafir biletlərini əldə edə bilər. Qurum rəsmisi otobusların hərəkət məsirlərinin davamlı olaraq tənzimləndiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, koronavirusun kəskin yayılmasının önlənməsi məqsədilə şəhərlərdə sərt qərəntinə məhdudiyyətləri tətbiq olunub. Bu da ictimai nəqliyyatdan istifadə edən müsafirlərin sayının azalmasına təsir göstərib. Mövcud durum sürücülərin etirazına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button