Azərbaycan

Ərdəbildə işsizlik səviyyəsi ölkə üzrə göstəricilərdən yüksəkdir

Ərdəbil Texniki və Peşə Təhsili İdarəsinin direktoru Rəhim Yunisi əyalətdə işsizlik nisbətinin yüksək olduğunu deyib.

Bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

“Ölkədəki işsizlik səviyyəsi 8,2 faiz olduğu halda, bu rəqəm Ərdəbil əyalətində 12 faizdən çoxdur ki, bu da ölkə üzrə orta göstəricidən 4 faiz yüksəkdir”-deyə, o, bildirib.

2020-ci ilin qış mövsümündə Statistika Mərkəzinin açıqladığı məlumata əsasən, Ərdəbildə işsizlik nisbəti 11,5 faiz, həmin dövrdə ölkə üzrə orta hesabla işsizlik səviyyəsi isə 10.6 faiz təşkil edirdi.

Bu rəqəmlər son illərdə əyalətdə işsizlik nisbətinin sürətli şəkildə yüksəldiyini göstərir.

İRNA-nın xəbərinə görə, mart ayının 13-də Ərdəbildə keçirilən idarə rəhbərlərinin təqdimat iclasında Texniki və Peşə Təhsili İdarəsinin rəsmisi Əlihüseyn Şəhrivər ölkədə üç milyon insanın tamamilə işsiz olduğunu qeyd edib.

“Ölkədə çox aşağı və qeyri-kafi gəliri olan 10 milyon vətəndaş var ki, bunlardan 4,5 milyon nəfəri qeyri-rəsmi işdədir və sığortasızdır, ölkədə 3 milyon nəfər isə tamamilə işsizdir”-deyə, o, bildirib.

Ərdəbil əyalətinin işsizlik nisbətinin yüksək olması ilə yanaşı ölkə əyalətləri arasında Ərdəbil əyaləti mühacirət göstəricilərinə görə də ilk yerlərdən birini tutur.

Related Articles

Bir cavab yazın

Back to top button