İran

Ərdəbildə koronavirusun “Britaniya ştammı”na yoluxanların sayı artır

Ərdəbildə son 12 gündə daha 3 nəfər koronavirusun yüksəlişə uğramış növünə yoluxub. Bu barədə Ərdəbil Tibb Elmləri Danişqahının rəisi bilgi verib. Şehram Həbibzadənin sözlərinə görə, əyalətdə koronavirusun “Britaniya növü”nə yoluxanların sayı artıb. O, durumun daha da təhlükəli hal ala biləcəyini söyləyib. Məlumata görə, İraqdan qayıdan daha iki nəfərin koronavirusun “Britaniya növü”nə yoluxduğu bəlli olub. Əyalətin sağlıq məsullarının sözlərinə görə, Bahar bayramı münasibətilə bölgələrə gediş-gəlişin çoxalması virusun yayılma sürətini artıra bilər. Bildirək ki, Güney Azərbaycanın Qəzvin, Həmədan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Zəngan bölgələrində də koronavirusun “Britaniya növü”nə yoluxma faktları qeydə alınıb. Şərqi Azərbaycan 130-dan çox yoluxma ilə listədə birinci sırada qərarlaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button