İran

Ərdəbildə Məhəmmədrza Fəqihiyə dəstək aksiyası: Həbsdə olan vəkillərə azadlıq istənilib

Şəhrivərin 5-də ərdəbilli milli-mədəni fəallar məhbus vəkillərə azadlıq tələbi ilə etiraz aksiyası keçiriblər.

Fəallar məhbus vəkil və insan haqları müdafiəçisi Məhəmmədrza Fəqihinin təsvirinin əks olunduğu qrafit və şüarları şəhər divarlarına həkk ediblər.

Qrafitdə “Məhəmmədrza Fəqihi və başqa məhbus vəkillərin azadlığa buraxılmasını istəyirik” tələbi yer alıb.

Bildirək ki, mordadın 23-də İranın ittilaat məmurları vəkillər Məhəmmədrza Fəqihi, Arəş Keyxosrəvi, Mustafa Nili və Leyla Heydərini, eləcə də mədəni fəallar Mehdi Mahmudiyan və Məryəm Əfrafərazini tutublar.

fəallar həbs edilməzdən bir müddət öncə İranın əmniyyət orqanları tərəfindən basqıya uğradılıb və bildiriş alıblar.

Related Articles

Bir cavab yazın

Back to top button