İran

Ərdəbildə qaz partlayışından ölənlə yaralananlar vardır

Ərdəbildə yaşayış evində qaz partlayışından 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Ərdəbil əyalətinin Yanğınsöndürmə İdarəsinin rəisi Məhmudriza Yə1qubi deyib: Ərdəbil şəhərinin Danişabad məhəlləsində Yaşayış evində qaz partlaması nəticəsində ümumilikdə 6 nəfər ölüb və yaralanıb.

Ldığımız son bilgilərə görə, Mahmudriza Yə`qubi açıqlamasında bildirib: Ötən gün günorta saatlarında Ərdəbilin Daneşabad məhəlləsindəki bir yaşayış evinin qaz partlayışı 125 Yardım və Qurtarıcı Mərkəzinə bildirilib, Bu mərkəzin 3 saylı imdad qüvvələri hadisə yerinə gedib.

O artırıb: “Yanğınsöndürmə güclərinin hadisə yerində hazır olması ilə yaralılara nicatvermə əməliyyatı aparılıb eləcə də yaralılar Urjans qruplarına təhvil verilib.

Ərdəbil urjansının başçısı da bildirib: “Dünən günorta saatlarında Ərdəbilin Daneşabad məhəlləsində qaz partlaması barədə Urjansa xəbər verilib. Təəssüf ki, hadisə zamanı üç aylıq körpə ölüb və bir ailənin 5 üzvü yaralanıb.

Qəribani vurğulayıb: Yaralılar, Ərdəbildəki doktor Fatemi mərizxanasına çatdırılıb, yaralılardan ikisinin ümumi durumu ağırdır.

Related Articles

Bir cavab yazın

Back to top button