Azərbaycanİran

Ərdəbildə rabitə işçiləri etiraz aksiyası keçirib

Aprelin 9-da Ərdəbil əyalətinin Telekommunikasiya Şirkətinin işçiləri etiraz aksiyası keçiriblər.

Şirkətin Ərdəbil şəhərindəki inzibati binasının qarşısına toplaşan işçilər əmək haqlarının ödənilməməsindən narazılıqlarını bildiriblər.

Təqaüdçülər və işçilər bir neçə aydır məvaciblərinin ödənilməsi ilə bağlı vədlərin yalan çıxdığını bildiriblər.

Onlar haqlarının verilməyəcəyi təqdirdə aksiyaların davamlı olacağını bəyan ediblər.

Bununla yanaşı narazılar inflyasiya ilə gəlirlərinin uyğun olmadığını və çoxsaylı məişət problemləri ilə üzləşmələrinə baxmayaraq qanunla nəzərdə tutulan ödəniş və yardımları ala bilmədiklərini deyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button