İran

Ərdəbildə simvolik grafiti ilə Quzey Azərbaycana dəstək bildirildi

Ərdəbil şəhərində yaşayan Güney azərbaycanlı milli fəallar mehr ayının 15-i, cümə axşamı günü qrafiti və Azərbaycan bayrağını çəkərək son zamanlar İranla Azərbaycan Cumhuriyyəti arasında yaşanan gərginlik məsələsində Quzey Azərbaycana dəstək veriblər.

Ərdəbil şəhərində İran hökumətinə bağlı könüllü “Bəsic” qüvvələrinə aid dəmir kontinerin üzərində “Güney Azərbaycan” yazısı və Azərbaycan Cumhuriyyətinin bayrağının çəkilməsi geniş kütlənin diqqətini çəkib.

Bildirək ki, son günlərdə işğal altında olan Qarabağ torpaqlarının azad edilməsinin ildönümü ilə bir vaxtda, İranla Azərbaycan arasında münasibətlər gərginləşib və İran ordusunun Araz çayının sınır bölgələrində manovr keçirməsi ilə bu gərginlik daha da artıb.

Related Articles

Bir cavab yazın

Back to top button