Amerika Xarici İşlər vəzirliyniin sözçüsü Ned Prays Lubnanın “Hizbullah” qrupunun tıhrim altında olan İran kimi bir ölkədən yanacaq almasına fikir bildirib.
O, bunu Lubnanda enerji böhranının həll edilməsi üçün davamlı həll yolu hesab etməyib.
Onun sözlərinə görə, ölkəsi Lubnanda enerji böhranının bitməsi üçün davamlı və şəffaf həll yollarını dəstəkləyir.
Sözçü artırıb ki, “Hizbullah” bu yolla sadəcə xalqın qarşısında “imtiyaz qazanmağa” çalışır və müşkülü həll etmək üçün faydalı həll yolu düşünmür.
Bildirək ki, ölkə içində xalqının acınacaqlı durumda yaşamasına göz yuman İran son həftələrdə Suriya üzərindən “Hizbullah” qrupuna 3 tanker yanacaq göndərib.