İran

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək mitinqi keçirilib

Şəhrivərin 24-də ərdəbilli milli-mədəni fəallar hökumət məmurları tərəfindən tutulan və əleyhinə əsassız ittihamlarla cinayət pərvəndəsi açılan azərbaycanlı mədəni fəal Ruzbeh Piriyə dəstək mitinqi keçiriblər.

Fəallar Ərdəbil şəhərinin müxtəlif məhəllələrində divarlara Ruzbeh Pirinin təsviri əks olunan qrafitlər çəkiblər.

Qrafitlərin altında yazılan “Azadlıq üçün döyüşən nəslin səsini ciddi qəbul edin” məzmunlu şüarlarla İran hökuməti uyarılıb.

Bildirək ki, milli-mədəni fəal Ruzbeh Piri şəhrivərin 18-də Təbrizdə əmniyət qüvvələri tərəfindən tutulub, bu haqda onun qardaşı özünün “İnstaqram” hesabında xəbər yayıb.

Məlumata görə, Ruzbeh Piri həbs zamanı məmurlar tərəfindən döyülüb və aşağılanıb. Fəalın hara aparıldığı və nədə ittiham olunduğu barədə heç bir açıqlama verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button