İran

Ərdəbildə toyuq məhsullarının satışında süni qiymət artımı olub

Ərdəbil əyalətində toyuq məhsullarının paylanılması yönündə çatışmazlıq yoxdur. Bu sözləri Ərdəbil Ustandarisinin İqtisadi İşlərin Yönəldilməsi Dəftərinin baş müdiri Hüseyn Vətəndust toyuq kəsimi məntəqəsinə baş çəkərkən deyib. O, artıq qalan məhsulların yalnız mücəvviz yolu əyalətdən çıxarıla biləcəyini vurğulayıb. Polisin bu prosesə nəzarət etməsinin vacibliyini bildirib. Vətəndust toyuğun təyin edilmiş qiymətlə kəsim məntəqəsinə çatdırılmasının Cahad Kişavərzi Sazimanının məsuliyyətində olduğunu qeyd edib. “Məhsulların təyin edilən satış məntəqələrinə paylanılmasına isə Sənaye, Mədən və Ticarət Sazimanı nəzarət etməlidir. Dövlət iş sahiblərini lazımi yem və maddələrlə təmin edir. Buna görə də qiymət artımı yolverilməzdir”,-deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button