İran

Ərdəbildə vəhşi heyvanların sayı artıb

Vəhşi heyvanların bu ilki sayının nəticələrinə görə Ərdəbil Əyalətinin cənub təbii yaşam yerlərində dağ keçilərinin sayında yüzdə 25 artım olub. Bu barədə Ərdəbil Əyaləti Yaşam Çevrəsini Qoruma Baş İdarəsinin müdiri Səid Şəhənd məlumat verib. Belə ki, vəhşi heyvanların sayının müəyyənləşdirilməsi ilə bağlı 5 günlük bərnamə tam icra edilib. Araşdırmalara əsasən, son 5 ildə dağ keçilərinin sayı yüzdə 40 artıb. Məlumata görə, hazırda Xalxalın Ağ Dağ qoruğunda və Kövsər Vilayətinin Müşkül Dərbənd ərazisində 374 baş dağ keçisi yaşayır.

Related Articles

Bir cavab yazın

Back to top button