Azərbaycan

Ərdəbildə zavodda güclü yanğın baş verdi: İşçilər zəhərləndi

Dünən gecə saatlarında Ərdəbil vilayətinin Nəmin şəhərində yerləşən “Artaplast” zavodunda güclü yanğın meydana gəlib. Bu barədə Ərdəbil əyalətinin Təcili Yardım Mərkəzinin rəhbəri Məhəmməd Məcid Qəribani məlumat verib.

Onun sözlərinə görə, yanğın nəticəsində 6 işçi karbon-monoksit qazından zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib.

Ərdəbil bələdiyyəsinin yanğınsöndürmə idarəsinin rəisi Qurban Kaci isə gecə saatlarından başlayan yanğının səhər saaatlarında söndürüldüyünü bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button