İran

Ərdəbilin tarixi abidələri təmir olunur

Ərdəbil Ustanı Fərhəngi Miras İdarəsinin müavini Kərim Lütfi “Şəhər Yeri” tarixi ərazisinin sahmana salınmasına 5 milyard 200 milyon tümən xərcləndiyini deyib. “400 hektar ərazidə yerləşən Şəhər Yeri Muzəsinin meydançası fərhəngi mirasa dəlalət edən milli payqhalardan biridir. 98-ci ildə milli irs kimi təyid olunub. Belə ki, onun sahmana salınması üçün bir karqahın tikilməsi nəzərdə tutulub. Hazırda da sahmana salma əməliyyatı həyata keçirilir” deyə o, bildirib.
Onun sözlərinə görə, ölkə üzrə illik 7 bastani ərazisinin sahmana salınması təyid olunub. Bildirilib ki, Şəhər Yeri bastani ərazisi də 98-ci ildən bu ərazilər sırasına keçirilib. Əlverişli vam ayrılmaqla təkmilşədirmə və sahmana salınma mərhələləri davam edir. Hazırda bu ərazidə tarixi abidələrinin vəziyyəti yaxşıdır. Qorunmaları üçün görülmüş işlər nəticəsində bölgənin çətin iqlimi və hava şəraiti abidələrdə dəyişikliklərə səbəb olmayıb. Kərim Lütfi qeyd edib ki, sərmayə yatırmağa hazır olduğunu bildirmək istəyənləri himayə ediləcək. Məcmuəni Fərhəngi Miras İdarəsinin qanunlarına uyğun istifadələrinə verəcəyik. Məlumata görə, ərazinin 7 min illik tarixi var. Belə ki, tarixi abidələri yaxşı vəziyyətdədir. Amma ərazinin dünya səviyyəli abidələr sırasına çıxarılması üçün heç bir istinad izi yoxdur. Məlumata görə, ərazinin tarixi daş yazıları və abidələrinin təmiri, habelə yerlərinin bərkidilməsi barədə Təbriz Danişqahının təhqiqatçıları ilə anlaşma imzalanıb. Məlum olub ki, dövlət tərəfindən münasib etibar ayırılarsa 1400-cü ilədək Ərdəbilin tarixinə layiq Şəhər Yeri Muzəsi tikiləcək. Qeyd edək ki, Şəhər Yeri məntəqəsi, Ərdəbil Ustanın Xiyav şəhrisatanın tarixi ərazisi olaraq Birazmian kəndində yerləşir. Ərdəbildən 65 kilometr aralıqda Qarasu çayının yanında döyüş qalası, məbəd və Qoşa Təpədən təşkil olunub. Qala və məbəd hissələrinin tarixi miladdan 1400 il, Qoşa Təpə isə miladdan 7 min il öncəyə dayanır. Xatırladaq ki, ilk dəfə İslami İnqilabdan 10 il qabaq Çarlz Berni bu bölgədə qazıntılar edib.

Related Articles

Bir cavab yazın

Back to top button