İran

Ərdəbilin tarixi bazarında bərpa işləri aparılacaq

Ərdəbilin tarixi bazarının Zəncirlu və Dügüçülər sarayları təmir ediləcəkdir.
Ərdəbilin Sənət, Kültürəl xəzinələr və Turizm Sazimanının müdiri Nadir Fəllahi tarixi bazarda incələmələrin başlandığını və yaxın zamanda Zəncirlu və Dügüçülər saraylarında təmirə başlanacağını açıqlayıb.
Saziman rəsmisi Ərdəbil bazarının fəalları ilə bir araya gəldiyi zaman təmiratın Fənni Şuraya bildirildiyini deyib. Nadir Fəllahi tarixi bazarın təmiri üçün gərəkən büdcənin alınması məqsədilə görüşmələrə başlandığını da vurğulayıb. Məlumata görə, bu iş Ərdəbilin Sənət, Kültürəl xəzinələr və Turizm Sazimanının nəzarəti ilə baş tutacaq.
Bildirək ki, Ərdəbil özəlliklə Səfəvilər dövründə ən önəmli şəhərlərdən sayılıb. Sözügedən ərazi bir çox tarixi əsərə ev sahibliyi edir.

Related Articles

Bir cavab yazın

Back to top button