Azərbaycan

Ərdəbilli milli fəallar zindana geri dönüblər

Onlar fevral ayının 13 və 14-də girov qarşılığında məzuniyyətə buraxılmışdılar.

Ərdəbil zindanında iki illik məhkumluq dövlərini yaşayan və 13-14 fevral tarixlərində girov qarşılığında məzuniyyətə buraxılan Əli və Rza Vasiqi qardaşları martın 6-da ərdəbil zindanına geri dönüblər.

Rza və Əli Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.

Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.

Gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham edilən milli fəallar iki il həbsə məhkum ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button