Dünya

Ərdoğan Bahar Bayramı i̇lə bağlı təbri̇k mesaji ünvanlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bahar bayramı münasibətilə təbrik mesajı yayımlanıb. Təbrik mətnində deyilir:

“Yazın müjdəçisi, barış və qardaşlığın simgəsi Novruz gününü təbrik edirəm.

Mərkəzi Asiyadan Anadolu və Balkanlaradək geniş coğrafiyada min illərdir coşqu ilə qeyd olunan Novruzun işarə etdiyi birlik hissinin bütün dünyaya kök salmasını və daimi olmasını diləyirəm.

Novruzun cücərtdiyi ümid və həyəcanla həm ölkəmiz, həm bölgəmiz, həm də bütün bəşəriyyət üçün daha bol, daha ədalətli və daha əmn gələcəyi qadını və kişisi ilə, gənci və yaşlısı ilə çiyin-çiyinə qurmağa davam edəcəyik.

Novruzun əziz millətimizə və bütün insanlığa əmin-amanlıq, bərəkət və muştuluqlar gətirməsinə ümid edir, bütün vətəndaşlarımızı səmimi-qəlbdən salamlayıram”.

Related Articles

Bir cavab yazın

Back to top button