Azərbaycan

Ərdoğan şərtləri açıqladı:Türkiyə-Ermənistan münasibətləri necə normallaşa bilər?

“Sınırların bəlli edilməsi və qarşılıqlı olaraq tanınması gərəklidir. Yaxşı qonşuluq ilgilərinin təməlini də bu anlayış yaradır”, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə Türkiyənin Ermənistanla olan ilgilərinin də normallaşmasının qarşısında heç bir əngəl qalmayacaq”, – deyə dövlət başçısı vurğulayıb.

Ərdoğan bildirib ki, dünyanın bu gözəl bölgəsində barış içində yaşamaq mümkündür:

“Davamlı barışın yaradılması yönündə atılacaq addımların qarşılığını Türkiyənin də eyni niyyətlə verəcəyini bir daha özəl olaraq vurğulayıram”.

Related Articles

Bir cavab yazın

Back to top button