Dünya

Ərdoğan: “Türkcəmizə təəssüf ki, layiqincə diqqət yetirmirik”

Türkiyədə Mədəniyyət və Turizm Vəzirliyinin mədəni irslə bağlı ödül mərasimi keçirilib. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ölkə başçısı nitqində türk dili ilə bağlı əsas problemlərə, dilin gəlişməsinin vacibliyinə toxunub.
“Milli kimliyimizin və yaddaşımızın daşıyıcısı olan türkcəmizə təəssüf ki, layiqincə diqqət yetirmirik. Dillərini qorumayan millətlər, kökləri quruyan ağaclar kimi küləklər qarşısında yıxılmağa məhkumdur”.
Türkiyə liderinin sözlərinə görə, dilin gəlişməsinə xələl gətirən əsas amillərdən biri də xarici dillərdən alınmış ifadələrin ümumişlək ifadələrə çevrilməsidir.
“Dilimiz bir müddətdir fransız mənşəli, son zamanlarda isə ingilis mənşəli ifadələrlə doludur. Dil canlı varlıq olaraq hər canlı kimi qayğı tələb edir. Bu baxımdan bir çox bəxşin üzərinə vacib vəzifələr düşür”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button