Dünya

Ərdoğan: “Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır”

“Hakimiyyətdə kim olursa olsun, yaxşı və pis vaxtlarda Əfqanıstanın yanında olmaq öhdəliyimizin və qardaşlığımızın tələbidir”- bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır:
“Daha əvvəl də “Taliban” liderlərini qəbul edə biləcəyimizi bildirmişdik. Bu mövqeyi bu gün də qoruyuruq. Həm də Taliban liderlərinin mülayim açıqlamalarını alqışlayırıq. Əfqan xalqının sülh içində yaşamasını, bu ölkədəki türk soydaşlarımızın rifahı və ölkəmizin maraqlarının qorunması üçün hər cür əməkdaşlığa hazırıq”.
Onun sözlərinə görə, Əfqanıstandakı Türkiyə barlşcılları heç zaman nizami əməliyyatlarda istifadə edilməyib:
“Türkiyənin Əfqanıstanda nizami varlığı yeni rəhbərliyin uluslararsı yöndə fəaliyyətini gücləndirəcək və işini asanlaşdıracaq”.

Related Articles

Bir cavab yazın

Back to top button