Dünya

Ərdoğan və Baydeni̇n Brüsseldə görüşü olacaq

Türkiyə Cumhur Başqanı Rəcəb Təyyib Ərdoğan ilə Amerika prezidenti Co Bayden arasında telefon danışığı olub. Söhbət zamanı liderlər NATO-nun juən ayında Brokseldə keçiriləcək toplantısında görüşmək üçün razılığa gəliblər. Bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb. “Amerika prezidenti geniş səviyyəli əməkdaşlıq və fikir ayrılıqlarının həllində maraqlı olduğunu bildirib. Liderlər juən ayında NATO toplantısı çərçivəsində şəxsən görüş keçirərək ikitərəfli və bölgəsəl məsələləri müzakirə edəcəklər”, – deyə məlumatda qeyd olunub. Türkiyə Prezident Dəftəri də iki ölkə lideri arasında baş tutan telefon danışığı barədə məlumat yayıb. Bildirilib, liderlər ikitərəfli münasibətlərin strateji önəmi və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı genişləndirmək üçün birlikdə fəaliyyətin gərəkliliyi barədə danışıqlar aparıblar. Ərdoğan FETo-nun Amerikada olması və Amerikanın Suriyadakı PKK/PYD teror qruplarına verdiyi dəstək kimi məsələlərin həll edilməsinin münasibətlərin gəlişdirilməsi üçün gərəkli olduğunu diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button